BDU Coğrafiya 968

Fikir ve Iradlarinizi Yorum yazaraq bildirin.

Dekan Muavinleri


COĞRAFİYA FAKÜLTƏSİNİN DEKAN MÜAVİNLƏRİ

Humanitar və sosial məsələlər üzrə dekan müavini Elxan Nuriyev Balahəsən oğlu – 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsini bitirmişdir.
1976-1990-cü illərdə AMEA-nın Coğrafiya İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1983-cü ildə «Böyük Qafqazın Cənub yamacının (Mazımçay ilə Göyçay arası) yaşayış məntəqəsi adlarının tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək coğrafiya elmləri namizədi adını almışdır.
1990-cı ildən Bakı Dövlət Universitetinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının dosentidir.
Bakalavr və magistratura pillələrində «Dünya təsərrüfatının coğrafiyası», «Dünyanın iqtisadi və siyasi coğrafiyası», «Turizmin əsasları», «Beynəlxalq turizmin coğrafiyası», «Rekreasiya coğrafiyası» fənlərini tədris edir.
Toponimika və turizmə aid 70 elmi məqalənin, 2 monoqrafiya, 4 proqram, 2 metodik göstərişin müəllifidir. Respublika və beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edir.
«Azərbaycan toponimiyasında coğrafi reallığın tədqiqi» mövzusunda doktorluq işi üzərində işləyir.
Elmi işlər və magistratura üzrə dekan müavini Məmmədova Şəkər İdayət qızı 1990-cı ildə BDU-nun Coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1998-ci ildə «Gəncə şəhəri və şəhər ətrafı ərazilərin hava hövzəsinin antropogen çirklənməsinin tədqiqi və proqnozlaşdırılması» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1996-cı ildən «Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə» kafedrasında işləyir, 2003-cü ildə «dosent» elmi adı almışdır. Şəhərlərin ekoloji problemləri ilə məşğuldur.
Bakalavr pilləsində «Biocoğrafiya», «Ekologiya və ətraf mühiti mühafizə», «Şəhərlərin ekologiyası», «Ətraf mühitə nəzarət sistemi» fənlərini tədris edir. 50-yə yaxın elmi əsərin, 3 tədris proqramının, 1 metodiki göstərişin müəllifidir.
Hazırda «Azərbaycanın iri şəhərləri atmosferinin çirklənməsinin ekocoğrafi problemləri» mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. 1999-cu ildən fakültədə elmi işlər və magistratura üzrə dekan müavini vəzifəsində calışır. Fakültədə magistratura pilləsində tədris olunan fənn proqramlarının tərtibi və nəşr etdirilməsində, tədrisin təşkilində, eləcə də elmi konfransların keçirilməsində və universitetin tədbirlərində fəal iştirak edir.
Əhlimanov Ramiz Mirağa oğlu – 1966-1971-ci illərdə BDU coğrafiya fakültəsini bitirmişdir.
Əhlimanov R. 1980-cı ildə «Landşaftın kartoqrafik-riyazi metodla təhlili» (Azərbaycan respublikası ərazisi timsalında) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1974-cü ildən 1991-ci ilə qədər AEA Coğrafiya İnstitutunda mühəndis-kartoqraf, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışmış, 1990-cı BDU «Geodeziya və Kartoqrafiya» kafedrasına baş müəllim vəzifəsinə qəbul edilmiş, 1991-ci ildə dosent elmi adına layiq görülmüşdür.
Dosent R.M.Əhlimanov 1991-ci ildə BDU Coğrafiya fakültəsi yaradılması ilə əlaqədar dekan müavini vəzifəsinə təyin edilmişdir.
Elmi əsərləri landşaft strukturunu kartoqrafik-riyazi metodla tədqiq olunmasına həsr edilmişdir. O bir sıra landşaftometriya xəritələrinin və 60-dan çox elmi məqalənin, proqram və metodik vəsaitin müəllifidir.
Qiyabi şöbə üzrə dekan müavini Hüseynzadə Firuddin Meydan oğlu 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsini «Coğrafiya-biologiya» ixtisası üzrə bitirmişdir. 1964-cü ildən 1981-ci ilədək Bakı Dövlət Universitetinin Bədii özfəaliyyət kollektivinin rəhbəri olmuşdur.
1969-cu ildən Universitetin Fiziki coğrafiya, iqtisadi coğrafiya və Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedralarında baş laborant, müəllim və baş müəllim vəzifələrində çalışmışdır.
İqtisadi-sosial coğrafiya və turizmə aid 20-ə qədər elmi məqalənin, proqram və metodik göstərişlərin müəllifidir.
«Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası», «Turizm və biznes» fənlərini tədris edir.
Respublika və Beynəlxalq səviyəli konfranslarda elmi məruzələrlə çıxış edir.

One Response so far.

  1. Adsız says:

    Mənə 5.000.000.00 ABŞ dolları məbləğində kredit verən kredit şirkəti digər kredit investorları mənim təklifimi laqeyd etsələr də mr benjamin lee mənə müvəffəqiyyət borcu verərlər. Onlar birbaşa kredit maliyyələşdirmə və investisiya baxımından layihədədirlər. kapital bazarları fondlarına çıxış əldə etmək istəyən şirkətlərə və şəxslərə maliyyələşdirmə həlləri təqdim edir, layihənizi maliyyələşdirməyə və ya işinizi genişləndirməyə kömək edə bilərlər .. E-poçt Əlaqə :::: Lfdsloans@outlook.com və ya da yazın
    whatsapp nömrəsi + 1- (989-394-3740)

Leave a Reply