BDU Coğrafiya 968

Fikir ve Iradlarinizi Yorum yazaraq bildirin.


Sabir Əsədov

Sabir Əsədov Coğrafiya elmləri namizədi müəllim
İş telefonu: +(994) 12 439 05 01
e-mail: sasadov@hotmail.com QISA BIOQRAFIK MƏLUMAT
1975 - ci il dekabrın 28 - də Salyan rayonunun Qarabaglı kəndində anadan olub. 1983 - 1991 - ci illərdə Kərimbəyli kənd orta məktəbində oxuyub. 1991 - 1993 - cü illərdə Bakı şəhərində fizika-riyaziyyat və informatika təmayüllü litseydə oxuyub. 1993 - 1997 - ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində bakalavr pilləsində təhsil alıb. 1997 - 1999, illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində magistr pilləsində təhsil alıb. 2003 - cü ildən BDU - da çalışır. Ailəlidir, bir övladı var.
TƏHSİLİ VE ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI
  • 2003, c.e.n., „Xəzər dənizində neft çirkləndiricilərinin yayılması qanunauyğunluqları“
  • 2000 - 2003, aspirant, Okeanologiya fakultəsi, Baliqçılıq okeanologiyasi və təbii suların mühavizəsi kafedrası, Rusiya Dövlət Hidrometeorologiya Universiteti
  • 1997 - 1999, magistr, Coğrafiya fakültəsi, Hidrometeorologiya kafedrası, Bakı Dövlət Universiteti
  • 1993 - 1997, bakalavr, Coğrafiya fakültəsi, Hidrometeorologiya kafedrası, Bakı Dövlət Universiteti
ƏMƏK FƏALİYYƏTİ
  • 1997 - 2000, texnik, mühəndis, elmi isçi, Elmi-Tədqiqat Hidrometeorologiya İnstitutu, Dövlət Hidrometeorologiya Komitəsi
  • 2003 – ci ildən Hidrometeorologiya kafedrasinda müəllim, BDU
  • Apardığı dərslər: Dalga dinamikası, Praktik Okeanoqrafiya, Okeanoloji məlumatların işlənməsi və təhlili, Dəniz ğərəyanları və okean sirkulyasiyası, Xəzərin dalga rejimi, Xəzərin su balansı, Xəzərin səviyyə tərəddüdləri, 25 elmi məqalənin, 4 magistr və 2 bakalavr proqraminin müəllifidir
TƏDQİQAT SAHƏSİ
  • Hidrometeorologiya, Xəzər dənizi, Suyun mühafizəsi, Xəzər dənizində çirkləndiricilərin yayilmasının modelləşdirilməsi
BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI
  • 2008, Bakı, Azərbaycan; Prof. M.Ə.Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş “Ekstremal hidrometeoroloji hadisələrin qlobal və regional problemləri” elmi konfrans
  • 2007, Bakı, Azərbaycan; Akademik Həsən Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ekologiya: Təbiət və cəmiyyətin problemləri”Beynəlxalq elmi konfrans
  • 2007, Bakı, Azərbaycan; Prof.M.A.Müseyibovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş elmi konfrans
  • 2005, Bakı, azərbaycan, “Seysmik risk, zəlzələyə davamlı tikinti və memarlıq problemləri” Beynəlxalq elmi konfrans
SEÇİLMİŞ ƏSƏRLƏRİ
  1. 2008, Особенности сезонного распределения температуры воды в Среднем Каспии в слое 150-700
  2. 2007, Neft Daşları rayonunda axınların şaquli paylanması
  3. 2007, Xəzərin Abşeron sahillərində çirkləndiricilərin yayılması
  4. 2006, Свободные колебания уровня Каспийского моря
  5. 2006, Распространения нефтяного загрязнения по двумерной модели Каспийского моря
  6. 2006, Xəzər dənizinin çirklənməsinin müasir vəziyyəti və aşqarların dinamikası
  7. 2006, Моделирование загрязнения Каспийского моря нефтяными углеводородами стоком Волги
  8. 2005, Изучения дрейфа нефтяного пятна Лагранжевым методом в Каспийском море
  9. 2005, О режиме течений западного побережья Среднего и Южного Каспия
  10. 2005, Перенос растворенной нефти от устья рек Волги и Куры в Каспийском море
  11. 2005, Okeanda çirkləndiricilərin yayılmasının riyazi modelləşdirilməsi
DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR
  •  2008-2010, NATO-nun Sülh naminə elm Proqramının „Transsərhəd ərazilərin aqro-ekosistemlərində su ehtiyatlarının idarə olunması“ layihəsi

Categories:

Leave a Reply