BDU Coğrafiya 968

Fikir ve Iradlarinizi Yorum yazaraq bildirin.


Rafael Bayramov

Rafael Bayramov
Texniki elmlər namizədi,dosent
Iş telefonu: (99450) 615 88 68
E-mail: rafael_karta@mail.ru
QISA BIOQRAFIK MƏLUMAT
1950-ci il oktyabrın 21-də Şuşa şəhərində anadan olub 1958-1968-ci illərdə 1 saylı Şuşa şəhər orta məktəbində oxuyub 1968-1973-cü illərdə Kiyev Dövlət Universitetinin coğrafiya fakultəsində kartoqrafiya ixtisası üzrə təhsil alıb 1973-1976-cı illərdə Baş geodeziya və kartoqrafiya idarəsində mühəndis-kartoqraf vəzifəsində çalışıb. 1976-1992-ci illərdə Bakı Dövlət Universitetində dosent vəzifəsində çalışıb. 1992-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin çağırışı əsasında ordu sıralarında xidmət etmişdir. 1998-ci ildən ordudan təlxis olub əvvəlki iş yerinə -BDU-nə qayıdıb. Ailədir , iki övladı var.
TƏHSİLİ VE ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI
  • 1973-cü ildə Kiyev Dövlət Universitetini bitirib .
  • 1985-ci ildə Moskvada “Neft və qaz yataqları ərazilərində xüsusiləşdirilmiş topoqrafik xəritələrin yaradılma metodikasının işlənməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
ƏMƏK FƏALİYYƏTİ
  • 1973-1976-cı illərdə Baş Geodeziya və Katoqrafiya idarəsi ,mühəndis kartoqraf
  • 1973-hal-hazıra qədər BDU,coğrafiya fakultəsi, geodeziya və kartoqrafiya kafedrasında calışır.
  • Geodeziya, kartoqrafiya, coğrafi informasiya sistemləri , xəritələrin layihələndirilməsi və tərtibi dərslərini aparır.
  • 89 elmi məqalənin və 3 kitabın müəllifidir
TƏDQİQAT SAHƏSİ
  • Müasir texnologiyaların tətbiqi nəticəsində yeni tipli rəqəmli xəritələrin yaradılma metodları
BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI
  • 2005,beynəlxalq xəritəçilər günləri simpoziumu, İstanbul
  • 1999-2006,1X-XV Beynəlxalq Elmi- metodik seminarlar,Xarkov şəhəri
  • 2006,akademik H.Ə.Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans
  • 2008,H.Ə.Əliyevin ans85 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans
  • 2008,M.Ə.Məmmədovun 70 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans
SEÇİLMİŞ ƏSƏRLƏRİ
  1. 2008,Ətraf mühitə səsli-gurultulu çirklənmənin təsirinin öyrənilməsi və onun Xəritələrdə təsviri.
  2. 2008, Xəritələrin layihələndirilməsində müasir rəqəmli texnologiyaların tətbiqi
  3. 2007,İnformasiya təminatı baxımından ərazinin kartoqrafik qiymətləndirilməsiv
  4. 2006,Tədris-çöl CİS mərkəzinin yaradılma layihəsi haqqında.
  5. 2006,Orta məktəblərdə CİS-lərin yaranması və tətbiqi
  6. 2005, CİS –texnologiyasinin tətbiqi ilə kosmik planalma təsvirlərinin şəhər tikinti işlərində istifadə istiqamətləri
KİTABLAR
  • 1997,Topoqrafiya
  • 2007,Geodeziya və kartoqrafiya

Categories:

Leave a Reply