BDU Coğrafiya 968

Fikir ve Iradlarinizi Yorum yazaraq bildirin.


Qəribov Yaqub

Qəribov Yaqub
İş telefonu: 439-04-87
QISA BİOQRAFİK MƏLUMAT
Yaqub Əli oğlu Qəribov 1952-ci ildə Qəbələ rayonunun (keçmiş Qutqaşen) Nic kəndində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra 1969–1973– cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində təhsil almışdır.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
  • 1973 – 1975 – ci illərdə Qutqaşen rayonunun Çuxur Qəbələ kənd orta məktəbində müəllim işləmiş,
  • 1975– ci ildə AMEA-nın Coğrafiya institutunda aspiranturaya daxil olmuşdur.
  • 1976–1977– ci illərdə Belarusiyanın Moqilyov vilayətində Sovet ordusu sıralarında qulluq etdikdən sonra aspiranturada təhsilini davam etdirmişdir.
  • 1983-cü ildə «Şirvan düzünün təbii landşaftlarının antropogen təsirlərlə dəyişilməsi və onun rekonstruksiya məsələləri» mövzusunda namizədlik dissertasiyası
    müdafiə etmişdir
  • Respublikada müasir landşaftşunaslıq, təbii landşaftşunaslığın transformasiyası, mühafizəsi, antropogen landşaftşunaslıq sahəsində elmi kadrların yetişdirilməsində fəal çalışır.
  • Elmi rəhbəri olduğu 4 aspirant «fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası» ixtisası üzrə coğrafiya elmləri namizədi alimlik dərəcəsini almışdır.
  • Fiziki coğrafiya kafedrasında «Azərbaycanın müasir landşaftlarının antropogen tnasformasiyası və optimallaşdırılması problemləri» mövzusunda doktorluq dissertasiya işini başa çatdırmışdır
ƏMƏK FƏALİYYƏTİ
  • 1979–1993 – cü illərdə AMEA-nın Coğrafiya institutunda kiçik elmi, baş elmi işçi və aparıcı elmi işçi vəzifəsində çalışmışdır.
  • Y.Ə.Qəribov 1992-ci ildən Bakı Dövlət Universitetinun Coğrafiya fakültəsində mühazirə dərslərini aparır, 1994–cü ildən isə fiziki coğrafiya kafedrasında baş müəllim və 1997– ci ildən dosent vəzifəsində işləyir.
  • Y.Ə.Qəribov fiziki coğrafiya və landşaftşunaslıq ixtisası üzrə 5 dərsliyin və dərs vəsaitinin, 3 metodik göstərişin, 3 monoqrafik əsərin, 10–dan artıq tədris proqramının, 140–dan çox elmi məqalənin müəllifidir.
  • Y.Ə.Qəribov respublika, regional və beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Onun əsərləri Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Türkmənistan və s. ölkələrdə nəşr edilmişdir.
  • Y.Ə.Qəribov Coğrafiya fakültəsinin Elmi Şurasının, Azərbaycan Respublikası Təhsil Nazirliyində Coğrafiya bölməsi üzrə Metodiki Şuranın, Tələbə qəbulu üzrə Dövlət Komissiyasının coğrafiya seminarının və ekspert Şurasının fəal üzvüdür.
TƏDQİQAT SAHƏSİ
  • Landşaftşunaslıq, təbii landşaftların təbii transformasiyası, landşaftın mühafizəsi, landşaftın optimallaşdırılması
BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI
  • 1980-1991-ci illərdə Moskva, Leninqrad, Bişkek, Alma-Ata, Aşqabad, Minsk şəhərlərində SSRİ coğrafiya cəmiyyətinin simpozium, konfranslarında, 1986-cı ildə Alp-Himalay Beynəlxalq konfranslarında
SEÇİLMİŞ ƏSƏRLƏRİ
  1. Влияние антропогенных факторов на формирование Докл.АН. Азерб. ССР, 1980, № 12 Б. А. Будагов
  2. Основные задачи конструктивного ландшафтоведение. Основные задачи конструктивного ландшафтоведение. В кн: «Научные основы оптимизация, прогноз и охрана природной среды» М, 1986 Б.А. Будагов
  3. Антропогенное преобразование аридных ландшафтов Азербайджанской ССР Известия АН Азерб. ССР «Наука о Земле» , 1986, № 6.
  4. Оптимизация антропогенных нагрузок на высоко освоеных аридных ландшафтах Азербайджана В кн: Нормирование антропогенных нагрузок, Москва 1988 Б.А.Будагов.
  5. Антропогенные очаги опустынивание аридных геосистемах Азербайджана. Проблемы освоение пустын Ашгабад, № 3, 1997.
  6. Азярбайъан Республикасы ландшафтларынын ортималлашдырылмасы Азярбайъан Республикасынын конструктив ъоьрафийасы ЫЫ ъ, Бакы, 1997. Б. А. Будагов.
  7. Кичик Гафгазын ъянуб-шярг йамаъы ландшафтларынын антропоэен тясирлярля дяйишилмяси ( аерокосмик материаллар ясасында) «Хябярляри» Йер Елмляри №3 1998;
  8. Нахчыван МР-ын арид эеокомплексляринин антропоэен тясирлярля дяйишилмяси. «Хябярляр», 1999, №3Йер Елмляри С.Й.Гулийева.
  9. Пути исполъзования рекреационного потенциала ландшаф северо– восточной части Малого Кавказа. Туризм и регионалъное развитие. Смоленск 2004 г;
  10. Cənub-şərqi Qafqazın şimal –şərq yamacı aqroirriqasiya landşaftlarının formalaşmasında suvarmanın rolu. Bakı Universitetinin «Xəbərləri» Təbiət elmləri seriyası №3 Bakı 2007. N.S.İsmayılova.
KİTABLAR
  • Azərbaycan Respublikasının fiziki coğrafiyası. VIII sinif üçün dərslik (Azərbaycan və rus dillərində) 1994, 1996, 1998, 2000, 2002,2005, 2007. «Təhsil nəşriyyatı» 1 r/b. B.Ə. Budaqov;
  • «Azərbaycan». Tarixi–coğrafi oçerk Bakı–Ankara–1998 (Azərbaycan, rus, ingilis dillərində). M.A.Müseyibov, E.K.Əlizadə və s;
  • Materik və okeanlar coğrafiyası VII – siniflər üçün 10,5 ç.v. listi Bakı təhsil I-ci kitab 1994 və II-ci kitab 1995, 2000. B. Paşayev, Ş.Pənahov, O.Alxasov;
  • Dünya landşaftları və ekoloji problemlər. Metodik göstəriş. 2,5 ç.v listi. Baku -2004;
  • Mətəblinin coğrafiya lüğəti. 15 ç.v vərəqi. «Ayna Mətbua Evi» Bakı-2006. Ç.İsmayılov.;
  • Современные антропогенные ландшафты Кура – Аразской низменности. 8,62 печ лист. «Марс – Принт» Бакы- 2007

Categories:

Leave a Reply