BDU Coğrafiya 968

Fikir ve Iradlarinizi Yorum yazaraq bildirin.


Qəhrəmanova Tahirə

Qəhrəmanova Tahirə K/t.e.n., Fiziki-coğrafiya kafedrasının dosenti
İş telefonu:439-04-19 QISA BIOQRAFIK MƏLUMAT
Tahirə Məlikheydər Qəhrəmanova 20 mart 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinin coğrafiya ixtisası əyani şöbəsini, 1985-ci ildə isə Kənd Təsərrufatı Nazirliyinin Elmi-tədqiqat Eroziya Bölməsinin əyani aspiranturasını bitirmişdir
TƏHSİLİ VE ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI
  • Tahirə Məlikheydər Qəhrəmanova 20 mart 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinin coğrafiya ixtisası əyani şöbəsini, 1985-ci ildə isə Kənd Təsərrufatı Nazirliyinin Elmi-tədqiqat Eroziya Bölməsinin əyani aspiranturasını bitirmişdir
ƏMƏK FƏALİYYƏTİ
  • T.M.Qəhrəmanova 1978-ci ildə ADU-ni bitirdikdən sonra təyinatla Bakı şəhərində 3 il orta məktəbdə coğrafiya müəllimi işləyib.
  • 1982-ci ildə ET Eroziya Bölməsinin “Eroziyaya uğramış və uğrama təhlükəsi olan torpaqların xəritələşdirilməsi” laboratoriyasında baş laborant vəzifəsinə qəbul edilir.
  • 1986-cı ildə Salyan düzünün şəraitində torpaqların deflyasiyasından kimyəvi üsullarla müdafiəsi elmi-tədqiqat çöl təcrübəsi keçirilmişdir.1987-ci ildə Elmi tövsiyyələr toplum şəklində «Кратлое резюме научных разработок ,предлагаемых научно-исследовательскими учреждениями Госагропрома Аз.ССР для внедрения в производство» nəşr olunmuşdur.
  • 1986-97-ci illərdə həmin laboratoriyanın nəzdində təşkil olunmuş ixtisaslaşdırılmış tədqiqat qrupunda baş elmi işçi vəzifəsində işləmişdir.
  • T.M.Qəhrəmanova elmi fəaliyyəti ilə yanaşi Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin Fiziki coğrafiya kafedrasında bakalavr və magistratura bölmələrində mühazirələr oxumuşdur.
  • 2000-ci ildən Bakı Dövlət Universitetində baş müəllim, dosent vəzifəsində işləyir.Landşaftşünaslığın əsasları ,fiziki-coğrafi rayonlaşması ,Azərbaycanda səhralaşma ,geomorfoloji çöl tədqiqatları
  • Azərbaycanın geomorfologiyası və s. Fənləri tədris edir.
  • 47 məqalənin müəllifidir
TƏDQİQAT SAHƏSİ
  • T.M.Qəhrəmanova təbiətin mühafizəsi və insanin ətraf mühitə təsirinin zəiflətmək problemi ilə daha çox maraqlanır.Elmi fəaliyyəti dövründə torpaqların deflyasiya dərəcəsinin və landşaftlarda deqradasiya dərəcələrinin qiymətləndirmə məsələləri ,landşaftların dayanıqlığının dəyişməsi ,təbii fiziki şəraitin tarazləğının antropogen təsirlərlə pozulmasının öyrənilməsi və digər istiqamətlərdə tədqiqatlar aparır.
BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI
  • 1990-cı il Ümumittifaq Torpaqşünaslıq cəmiyyətinin qurultayı.Novosibirsk
SEÇİLMİŞ ƏSƏRLƏRİ
  1. Дигрессия биоценозов в ландшафтах Апшеронского полуострова. Вестник ,Elmi konfransın materialları Bakı,2005 s.47-49
  2. К вопросу оценки степени деградации прибрежных геосистем под влиянием ветровой эрозии. Вестник БГУ. №4 2005, стр. 163-170.
  3. Некоторые аспекты устойчивости ландшафтов Апшерона. Вестник БГУ, №4 2006.
  4. Опустынивание в Азербайджане. Программа для магистров по специальности-ландшафтоведение и геоморфология. Сб. Программ, Баку 2007, с.36-40.
  5. Геоэкология (экология ландшафта), программа по магистр. специальн. ландшафтоведение и геоморфология. Сб.Программ. Баку-2007 с.29-35.
  6. Физико –географические методжы исследований, Программа для бакалавров-географов, в,сб,Программ, Баку,2007
  7. Геоэкологическая напряженность приморских геосистем под влиянием ветровой эрозии. Вестник БГУ, 2008 №2, с.197-200
DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR
  • T.M.Qəhrəmanova TASİS sistemi (Avropa ölkələrinə texniki yardım) vasitəsilə Bakıda xarici mütəxəssislər tərəfindən yaradılmış “Ətraf mühitin qorunmasınin idarəetmə sistemi” ixtisası üzrə illik kursda oxumuşdur. Bu kursun bir hissəsini Böyük Britaniyanın Oksvord Universitetində davam etmişdir. 1999-2002-cı illərdə TASİS xətti ilə ğöstərilən ixtisas üzrə Bakıda təşkil olunan kurslarda mühazirələr oxumuşdur.

Categories:

One Response so far.

  1. Adsız says:

    titanium arts
    TATONIC ART CUSTOMING · TATONIC ROCKING T-TATONIC ROCKING 출장샵 T-TATONIC novcasino ROCKING 출장안마 T-TATONIC. This unique and original casino-roll.com design is crafted with the use of sustainable ford escape titanium

Leave a Reply