BDU Coğrafiya 968

Fikir ve Iradlarinizi Yorum yazaraq bildirin.


Isgəndərov Sabir

Sabir İskəndərov
Texnika elmləri namizədi ,dossent
İş telefonu: +(994) 12 439 05 01
QISA BIOQRAFIK MƏLUMAT
1941-ci il iyunun 10-da Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1948-1959-ci illərdə Faxralı kənd orta mək­təb­ində oxuyub. 1960-1965 -ci illərdə Azərbaycan Politexnik İnstitutununda təh­sil alıb 1975-cı ildən BDU-da çalışır. Ailəlidir, iki övladı var.
TƏHSİLİ VE ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI
  • 1982-ci ildən dossent
  • 1973, t.e.n.,“Çay axımının mürəkkəb növ tənzimlənməsinin bəzi məsələlərinin tədqiqi“
  • 1969-1972-ci illərdə aspirant, Moskva Hidromeliorasiya İnstitutu
  • 1960-1965, tələbə, Azərbaycan Politexnik İnstitutu
ƏMƏK FƏALİYYƏTİ
  • 1965-1966, mühəndis, Su problemləri, ET İnstitutunda,
  • 1966-1969, mühəndis, Su Təsərrüfatı Qurğuları Layihələndirmə İnstitutunda
  • 1969-1972, kiçik elmi işçi, Moskva Hidromeliorasiya İnstitutunda, ETB
  • 1972-1975, baş elmi işçi, Su problemləri, ET İnstitutunda
  • 1976-cı ildə YUNESKO xətti üzrə Beynəlxalq Hidrologiya kursunu bitirmişdir.
  • 1972-1982, baş müəllim, BDU, Hidrometeorologiya kafedrası, Coğrafiya fakültəsi, BDU
  • 1982-ci ildən Hidrometeorologiya kafedrasında dossent, Coğrafiya fakültəsi, BDU
  • Apardığı dərslər; Hidrometriya və təhlükəsizlik texnikası, Hidrotexnikanın əsasları, Hidrologiyada çöl tədqiqatları, Təhlükəli hidrometeoroloji hadisələr, Sel daşqınları nəzəriyyəsi, Hidrometeorologiyanın tarixi və metodologiyası,
  • 100-ə qədər elmi məqalənin müəllifidir.
TƏDQİQAT SAHƏSİ
  • Coğrafiya, Hidrometeorologiya , Su ehtiyatları və ondan səmərəli istifadə, Su təsərrüfat hesablamaları
BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI
  • 2008, Bakı, Azərbaycan; Prof. M.Ə.Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş “Ekstremal hidrometeoroloji hadisələrin qlobal və regional problemləri” elmi konfrans
  • 2007, Bakı, Azərbaycan; Akademik Həsən Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ekologiya: Təbiət və cəmiyyətin problemləri”Beynəlxalq elmi konfrans
  • 2007, Bakı, Azərbaycan; Prof.M.A.Müseyibovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş elmi konfrans
  • 2005, Bakı, Azərbaycan; Coğrafiya fakültəsinin 60 illiyinə həsr olunmuş elmi konfrans
  • 2003, Bakı, Azərbaycan;YUNESKO “Beynəlxalq Su gününə” həsr olunmuş Elmi-Praktiki ronfrans
  • 2003, Bakı, Azərbaycan; Su ehtiyatları: Problemlər, perspektivlər mövzusunda Elmi-Praktiki ronfrans
SEÇİLMİŞ ƏSƏRLƏRİ
  1. 2003, Suvarılan torpaqlarda kənd təsərrüfatı bitkilərinin optimal rütubətlənmə şəraiti.
  2. 2003, Kür-Araz ovalığında suvarmanın qrunt suları rejiminə təsiri.
  3. 2005, Suvarılan torpaqlarda hidrometeoroloji təminat.
  4. 2006, Son illərin məlumatlarına əsasən respublikanın çay suyu ehtiyatlarının qiymətləndirilməsi.
  5. 2006, Muğan regionunun təbii təsərrüfat şəraiti və su ehtiyatlarından səmərəli istifadə problemləri.
  6. 2006, Xəzər dənizinin səviyyə dəyişmələrinin xarakteri.
  7. 2007, Kür-Araz ovalığının qrunt suları və onun səviyyəsinin tənzimlənməsi.
  8. 2007, Kür-Araz ovalığında suvarma suyunun keyfiyyətinə olan tələbat.
  9. 2007, Şirvan çaylarının asılı gətirmələr axımı.

Categories:

Leave a Reply