BDU Coğrafiya 968

Fikir ve Iradlarinizi Yorum yazaraq bildirin.


İradə Əliyeva

İradə Əliyeva Coğrafiya elmləri namizədi, baş müəllim
İş telefonu: +(994) 12 439 05 01 QISA BIOQRAFIK MƏLUMAT
1958-cı il noyabrın 17-də Bərdə şəhərində anadan olub. 1965-1975-ci illərdə 17 saylı Sumqayıt şəhər orta məktəbini bitirib. 1975-1980-ci illərdə Bakı Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsində təh¬sil alıb. 1986-cı ildən BDU-da çalışır. Ailəlidir, bir övladı var.
TƏHSİLİ VE ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI
  • 1993-cü ildən Hidrometeorologiya kafedrasında müəllim işləyir.
  • 1996-ci ildən Hidrometeorologiya kafedrasında baş müəllim işləyir.
  • 2007, c.e.n., „Kiçik Qafqaz landşaftlarının çayların rejiminə təsiri”
  • 1983-1986, aspirant, AMEA-nın Coğrafiya İnstitutu
  • 1975-1980, tələbə, Bakı Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsi
ƏMƏK FƏALİYYƏTİ
  • 1980-1983, baş laborant, AMEA-nın Aerokosmik Tədqiqatlar İnstitutunun Biosfer laboratoriyası
  • 1983-1986, aspirant, AMEA-nın Coğrafiya İnstitutu
  • 1986–1990, baş laborant, BDU-nun Hidrogeologiya kafedrası,
  • 1990-1993, baş laborant və saat hesabı müəllim İqtisadi-coğrafiya kafedrası
  • 1993, müəllim, Hidrometeorologiya kafedrası, Coğrafiya fakültəsi,BDU
  • 1996-ci ildən Hidrometeorologiya kafedrasında baş müəllim
  • Apardığı dərslər: “Qurunun hidrologiyası”, “Landşaftşünaslıq”, “Dünyanın su balansı”, “Azərbaycanın hidroqrafiyası”,
    “Göl və su anbarlarının hidrologiyası”, “Hidrologiya” “Materiklərin hidroqrafiyası”, “Antropogen amillərin çayların rejiminə təsiri”
  • 40 elmi məqalənin və 2 kitabın müəllifidir.
TƏDQİQAT SAHƏSİ
  • Coğrafiya, hidrometeorologiya, su ehtiyatları, landşaft
BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI
  • 2003, Bakı, Azərbaycan; YUNESKO-nun Beynəlxalq Hidroloji proqramı üzrə Azərbaycan Milli Komitəsinin Beynəlxalq Su gününə həsr olunmuş “Su ehtiyatları: Problemlər,
    perspektivlər” mövzusunda Elmi-Praktiki konfrans
  • 2003, Bakı, Azərbaycan; Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Azərbaycanda geodeziya və kartoqrafiyanın
    inkişaf perspektivləri II elmi-praktiki konfrans
  • 2008, Bakı, Azərbaycan; Prof. M.Ə.Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş “Ekstremal hidrometeoroloji hadisələrin qlobal və regional problemləri” elmi konfrans
  • 2007, Bakı, Azərbaycan; Akademik Həsən Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ekologiya: Təbiət və cəmiyyətin problemləri”Beynəlxalq elmi konfrans
  • 2007, Bakı, Azərbaycan; Prof.M.A.Müseyibovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş elmi konfrans.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
  1. 2008, Kiçik Qafqazın transsərhəd çaylarının axımının müasir dəyişmələri
  2. 2008, Qarabağ silsilələri və ona yaxın ərazilərin çay-dərə şəbəkəsinin təhlili
  3. 2007, Bakalavr pılləsi üçün Hidrologiya fənnindən proqram
  4. 2007, Magistr pılləsi üçün «Antropogen amillərin çayların rejiminə təsiri» fənnindən proqram
  5. 2006, Kiçik Qafqazın hidroloji müşahidə məntəqələri şəbəkəsinin yerləşdirilməsinin təhlili
  6. 2006. Kiçik Qafqaz təbii vilayətinin landşaft vilayətinin landşaft-hidroloji rayonlaşdırılması.
  7. 2005, Kiçik Qafqaz təbii vilayətinin landşaft hidroloji rayonlaşdırılması
  8. 2005, Suvarılan torpaqların hidrometeoroloji təminatı
  9. 2004, Kiçik Qafqaz çaylarının zaman və ərazi differensasiyası
KİTABLAR
  • 2008, Landşaftşünaslığın əsasları

Categories:

Leave a Reply