İbrahimov Tahir

İş telefonu:439-04-19 QISA BIOQRAFIK MƏLUMAT
İbrahimov Tahir Oruc oğlu 1946-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Çil kəndində qulluqçu ailəsində anadan olmuşdur.
1964-cü ildə Ardanış kənd orta məktəbinin on birinci sinfini bitirib, həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya
fakültəsinin coğrafiya biologiya şöbəsinə daxil olmuşdur.1969-cu ildə həmin fakültəni bitirmiş, coğrafiyaşünas-biologiyaşünas, coğrafiya və biologiya müəllimi ixtisası almışdır.
TƏHSİLİ VE ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI1964-cü ildə Ardanış kənd orta məktəbinin on birinci sinfini bitirib, həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya
fakültəsinin coğrafiya biologiya şöbəsinə daxil olmuşdur.1969-cu ildə həmin fakültəni bitirmiş, coğrafiyaşünas-biologiyaşünas, coğrafiya və biologiya müəllimi ixtisası almışdır.
- 1990-cı ildə «Kür-Araz ovalığındakı qoruq və yasaqlıqların landşaftları və onların ekoloji şəraitini yaxşılaşdırma yolları» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək
coğrafiya elmləri namizədi elmi dərəcəsini almışdır.Ali ,coğrafiya elmləri namizədi,dossent.
- 1971-ci ildən 2001-ci ilədək AMEA-nın akademik H.Əliyev adına Coğrafiya institutunda kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində işləmişdir.
- 2003-cü ildən BDU-nun Fiziki Coğrafiya kafedrasında müəllim və baş müəllim vəzifələrində, 2005-ci ildən dosent əvəzi, 2008-ci ildən həmin kafedrada dosent vəzifəsində çalışır.
- 2003-cü ildən Fiziki coğrafiya kafedrasında «Materik və okeanların fiziki coğrafiyası» (bakalavrlar üçün), «İnsan və landşaft» (magistrantlar üçün) və
«MDB ölkələrinin fiziki coğrafiyası» fənnlərini tədris etmişdir.
- Landşaftşünaslıq,Ekologiya,Qoruq və yasaqlıqlar,landşaftların mühafizəsi sahəsində bir sıra tədqiqat işləri aparmışdı
- Materiklərin və okeanların fiziki coğrafiyası Proqram(bakalavr üçün) Bakı-2007
- MDB ölkələrinin fiziki coğrafiyası Proqram(bakalavr üçün) Bakı-2007
- İnsan və landşaft Proqram(magistr üçün) Bakı-2007
- “Bəndovan dövlət yasaqlığının təbii şəraiti və səmərəli istifadə yolları“ (Azərb. SSR EA xəbərləri, №4, 1980),
- Azərbaycanda biosfer qoruqlarının təşkilinin bəzi məsələləri. (Azərb. SSR, EA XII elmi konf.mat.1981),
- «SSRİ qoruqlarının landşaft tipləri üzrə yerləşməsinin bəzi coğrafi qanunauyğunluqları (Azərb. SSR EA xəbərləri, №3, 1983),
- “Sultanbud meşəsinin müasir vəziyyəti və onun yaxşılaşdırma yolları“ (Azərb. EA xəbərləri, №4, 1980)
- “Qoruq və yasaqlıqların təbii ehtiyatları“ (Azərbaycan Respublikasının konstruktiv coğrafiyası, II cild, 1999) məqalələrinin müəllifidir.
- «Ağgöl Dövlət qoruğu» nəş.Mars-Print,2006,
- «Qızılağac Dövlət qoruğu»nəş.Mars-Print,2006,
- «İsmayıllı Dövlət qoruğu»nəş.Mars-Print,2007,
- «Biosfer qoruğu» nəş.Mars-Print,2007,
- «İlisu Dövlət qoruğu» nəş.Müəllim-2008,
- «Şirvan Dövlət qoruğu» nəş.Müəllim-2008.
- «Zaqatala Dövlət qoruğu» nəş.Müəllim,2008.
Categories: