BDU Coğrafiya 968

Fikir ve Iradlarinizi Yorum yazaraq bildirin.


Firəngiz Qasımova

Firəngiz Qasımova Coğrafiya elmləri namizədi, müəllim
İş telefonu: +(994) 12 510 70 34e-mail: fira-9@rambler.ru QISA BIOQRAFIK MƏLUMAT
1959-cu il martın 30-da Bakının Zirə qəsəbəsində anadan olub. 1966-1976-cı illərdə Zirə qəsəbəsi 120 saylı orta məktəbdə oxuyub. 1976-1978-ci illərdə texniki məktəbi bitirib. 1980-1986-cı ıllərdə Bakı Dövlət Universitetinin Geoloji coğrafiya fakultəsini bitirib. 1987-1989-cu illərdə Xarici Dillər Universitetinin nəzdində "Ərəb dili" kursunu bitirib. 1980-ci ildən BDU-nun “İqtisadi və sosial coğrafiya”, 2007-ci ildən isə "Azərbaycan coğrafiyası" kafedrasında çalışır. Bir övladı var.
TƏHSİLİ VE ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI
  • 2007, Coğrafiya.e.n., «Abşeron iqtisadi rayonunun şəhər tipli yaşayış məntəqələrinin inkişafının iqtisadi və sosial təhlili».
  • 1980-1986, tələbə, Coğrafiya fakültəsi, BDU.
ƏMƏK FƏALİYYƏTİ
  • 1980-2006 – b/lab “İqtisadi və sosial coğrafiya” kafedrası, Coğrafiya fakültəsi, BDU
  • 2007-2008 b/l, "Azərbaycan coğrafiyası" kafedrası, Coğrafiya fakültəsi, BDU
  • 2009- müəllim "Azərbaycan coğrafiyası" kafedrası, Coğrafiya fakültəsi, BDU
  • Apardığı dərslər: “Əhali coğrafiyası demoqrafik əsaslarla”, “Azərbaycanın iqtisadi və sosial coğrafiyası”, “Geourbanistika” .19 elmi məqalə və tezisin müəllifidir.
TƏDQİQAT SAHƏSİ
  • Azərbaycan regionlarının sosial və iqtisadi-coğrafi problemləri
BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI
  • 2004, Bakı, Министерство образования Азербайджанской Республики, Ассоциация Университетов Прикаспийских стран, Азербайджанский Технический Университет, материалы международной научно-технической конференции
  • 2005, Bakı, «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının aktual problemləri» mövzusunda elmi-praktiki konfransı.
  • 2005, Bakı, Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin 60 illiyi həsr olunmuş elmi konfransı.
  • 2007, Bakı, akad. H.Ə.Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Ekologiya: Təbiət və cəmiyyət” Beynəlxalq konfrans.
  • 2008, Bakı, H.Ə.Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş Azərbaycan Coğrafiya Cəmiyyətinin BDU filialının əsərləri «Coğrafiyanın müasir problemləri». Beynəlxalq konfrans.
  • 2008, Bakı, Azərbaycan təbiətinin ekocoğrafi problemləri. (Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri XII cild).
SEÇİLMİŞ ƏSƏRLƏRİ
  1. 2006, Abşeron qəsəbələrinin formalaşmasının təbii-coğrafi şəraiti.
  2. 2005, Abşeronda yaşayış məntəqələrinin ərazi təşkilində təbii fəlakətlərin nəzərə alınması
  3. 2004, Abşeronun müasir nəqliyyat infrastrukturunun şəhər tipli qəsəbələrin sosial-iqtisadi inkişafına təsiri.
  4. 2004, Geographic peculiarities of the formation of national composition of the population of Baku before the revolution.
  5. 2000, Abşeron iqtisadi rayonu şəhər tipli qəsəbələrinin müasir ərazi sistemi.

Categories:

Leave a Reply